Bakıda OLAY Vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu


Digərləri 14 Fev 2018 11:09:00 331 0

Bakıda OLAY  Vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu

"Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub".

Son.az xəbər verir ki, bunu Trend-ə institutunun direktoru Həqiqət Qədirova deyib.

Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

"Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün".