Türkiyənin nüfuzlu “Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb (VİDEO)


Digərləri 14 Fev 2018 11:00:19 55 0

Türkiyənin nüfuzlu “Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb (VİDEO)

Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb.

Bakı. Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb. Trend-in məlumatına görə, süjetdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında önəmli fikirlər səsləndirdiyi bildirilir. 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyi ilə Prezident seçilən İlham Əliyevin gördüyü işlərin hər zaman diqqəti cəlb etdiyi vurğulanır. Qeyd edilir ki, ötən 14 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə böyük inkişafa nail olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi ilə bir sıra uğurlar əldə edib. Süjetdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafına böyük önəm verir. On dörd il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, işsizliyin səviyyəsi 5 faizə düşüb. Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artıb. Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı, ordusu da güclənib. Müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu bir gecədə 2 min hektar ərazini Ermənistanın işğalından azad edib. Süjetdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində görülən işlər faktlarla diqqətə çatdırılır. Bildirilir ki, ötən 14 il ərzində ölkədə ümumilikdə 12 min 300 kilometr yol çəkilib. Vurğulanır ki, Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyev tarixi mesajlar verib. Dövlət başçısı Azərbaycanın tarixi torpağı, hazırda Ermənistanın paytaxtı olan İrəvana qayıtmağın siyasi və strateji hədəf olduğunu vurğulayıb. Süjetin sonunda qeyd edilir ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbə qazanacağına böyük inam var. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb  FOTO like
  • 14 Fev 11:00  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb FOTO

Fevral ayının 14-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur like
  • 14 Fev 10:58  
Digərləri Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-201

arrow Ətraflı
Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib (FOTO) like
  • 14 Fev 10:57  
Digərləri Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib (FOTO)

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qə

arrow Ətraflı
“Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər like
  • 14 Fev 10:52  
İqtisadiyyat “Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər

Onların ümumi dəyəri 13 mln. manatdan çox olan əmlakı üzərində həbs q

arrow Ətraflı
Keyn Cerardın rekordunu təkrarladı like
  • 14 Fev 10:48  
İdman Keyn Cerardın rekordunu təkrarladı

İngiltərənin “Tottenham” klubunun hücumçusu H

arrow Ətraflı
Azərbaycanlı müğənni ermənini döydüyü üçün like
  • 14 Fev 10:44  
Digərləri Azərbaycanlı müğənni ermənini döydüyü üçün

"5/5"-də qonaq olan əməkdar artist Vasif Məhərrəmli əsgərlik i

arrow Ətraflı
ATƏT PA iqlim dəyişikliyi, miqrasiya, terrorizmlə mübarizəni müzakirə edəcək like
  • 14 Fev 10:40  
Digərləri ATƏT PA iqlim dəyişikliyi, miqrasiya, terrorizmlə mübarizəni müzakirə edəcək

ATƏT PA iqlim dəyişikliyi, miqrasiya, terrorizmlə mübarizəni müzakirə ed

arrow Ətraflı
Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxartdı like
  • 14 Fev 10:37  
Digərləri Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxartdı

Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxartdı

arrow Ətraflı
Bakıda saxta pul hazırlayanlar tutulub like
  • 14 Fev 10:36  
Sosial Bakıda saxta pul hazırlayanlar tutulub

Cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

arrow Ətraflı
Bakıda külli miqdarda saxta pul hazırlayıb satan şəxslər yaxalandı like
  • 14 Fev 10:36  
Digərləri Bakıda külli miqdarda saxta pul hazırlayıb satan şəxslər yaxalandı

axili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazı

arrow Ətraflı