Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur


Digərləri 14 Fev 2018 10:58:00 194 0

Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı əldə olunan uğurlardan, genişmiqyaslı sosial-infrastruktur layihələrindən danışarkən yol infrastrukturunun yenidən qurulmasının önəmini xüsusi olaraq qeyd edib və bildirib ki, 2018-ci ildə 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkilməlidir.

Bakı. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı əldə olunan uğurlardan, genişmiqyaslı sosial-infrastruktur layihələrindən danışarkən yol infrastrukturunun yenidən qurulmasının önəmini xüsusi olaraq qeyd edib və bildirib ki, 2018-ci ildə 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkilməlidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, dövlət başçısının bu çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işlərinə start verilib. Hacıqabul rayonunda bu layihələr çərçivəsində cari ildə magistral, kənd və qəsəbə yollarının yenidənqurulması və bərpası ilə bağlı 3 yol infratsrukturu layihəsinin reallaşdırılması nəzərdə tutulub. Layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108.7 km uzunluğa malikdir. Sözügedən layihələrdən artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.