Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxartdı


Digərləri 14 Fev 2018 10:37:00 205 0

Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxartdı

Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxartdı.

Bakı. Argentina vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuel Dominges Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubunda X.M.Dominges 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. X.M.Dominges Azərbaycan qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.