Hiquain Çempionlar Liqasının tarixinə düşdü


İdman 14 Fev 2018 10:27:00 278 0

Hiquain Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının 1/8 finalında "Tottenhem" ilə oyunda iki qol vuran "Juventus"un hücumçusu Gonzalo İquain rekord müəyyən edib.

Goal.az xəbər verir ki, 30 yaşlı argentinalı futbolçu Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb. İngilis komandasının qapısına iki qol vurmaq üçün ona start fitindən sonra 8 dəqiqə 7 saniyə lazım gəlib.

Əvvəlki rekord 2006-cı ildə "Spartak" (Rusiya) ilə matçda 8 dəqiqə 30 saniyəyə iki qol vuran "İnter" in keçmiş oyunçusu Julio Cruza məxsus idi.