Deputat Heydər Əliyevin adının Qaradağ rayonuna verilməsi təklifini əsaslandırdı


Digərləri 14 Fev 2018 10:15:10 55 0

Deputat Heydər Əliyevin adının Qaradağ rayonuna verilməsi təklifini əsaslandırdı

Aydın Hüseynov Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi ilə bağlı təklifini əsaslandırıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin deputatı Aydın Hüseynov Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi ilə bağlı təklifini əsaslandırıb. A.Hüseynov Trend-ə bildirib: "Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi olmasın. Heydər Əliyev bütövlükdə Azərbaycanın dayaqlarnı möhkəmləndirib. Qaradağ rayonunda isə Heydər Əliyevin xüsusi əməyi və zəhməti var. Hələ sovet dönəmində Heydər Əliyev SSRİ-nin Siyasi Bürosunun qərarını ləğv etdirib Dərin Özüllər Zavodunun Azərbaycana gətirilməsinə nail olmuşdu. Elə təkcə bu fakt kifayət edir ki, Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin. Əgər Dərin Özüllər Zavodu olmasaydı, biz neft konsorsiumundan, neft layihələrimizdən söhbət aça bilməzdik. Bakı-Tbilisi-Ceyhan kəməri öz başlanğıcını məhz Qaradağda yerləşən Səngəçal terminalından götürür”. Deputat qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əməyi sayəsində Qaradağ rayonunda bir çox sosial və infrastruktur layihələri də həyata keçirilib: “Heydər Əliyevin Qaradağda reallaşdırdığı layihələr təkcə Azərbaycan üçün deyil, o cümlədən region üçün, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir. Heydər Əliyev bunların hamısını boz çöllərdə yaradıb. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti öz başlanğıcını Ələtdən götürür, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Qaradağ Sənaye Parkı və bir sıra zavodlar Qaradağda yerləşir. Heydər Əliyevin ideyasını Prezident İlham Əliyev uğurla davam etdirib”. A.Hüseynov vurğulayıb ki, bütün bu işlər Qaradağ rayonunun ulu öndər Heydər Əliyevin adına adlandırılmasına tam əsas yaradır: “Biz Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsi ilə sonrakı rəhbərlərə də göstəririk ki, kim xalqı üçün belə böyük işlər görürsə, onun əməli, adı daim yaşayacaq. Dünya tarixinə nəzər salsaq, istər Amerikada, istər Avropada, istərdə də dünyanın digər ölkələrində böyük xidmətləri olmuş dövlət xadimlərinin adlarının əbədiləşdirilməsi faktlarına rast gələrik. Misal üçün, ABŞ-da bir sıra ərazilərin ölkə prezidentləri olmuş Corc Vaşinqton, Tomas Cefferson, Ceyms Medison, Abraham Linkoln və digərlərinin şərəfinə adlandırıldığını göstərmək olar. Digər ölkələrdən də çox sayda bu cür misallar gətirmək mümkündür. Əgər bu, dünya praktikasında varsa, Azərbaycanda niyə olmasın?!” Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib like
  • 14 Fev 10:09  
Digərləri Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib.

arrow Ətraflı
Karateçilərimiz İspaniyadan əliboş dönür like
  • 14 Fev 10:09  
İdman Karateçilərimiz İspaniyadan əliboş dönür

İspaniyanın Qvadalaxara şəhərində 82 ölkədən 1354 idman&cce

arrow Ətraflı
Flora Kərimova 30 yaş cavanlaşdı  VİDEO  FOTO like
  • 14 Fev 10:06  
Şou-biznes Flora Kərimova 30 yaş cavanlaşdı VİDEO FOTO

Xalq artisti Flora Kərimova da xarici görünüşündə dəyişiklik edən qad

arrow Ətraflı
BakıKart sisteminə qoşulan marşrut xətlərinin sayı 22 oldu like
  • 14 Fev 10:00  
Digərləri BakıKart sisteminə qoşulan marşrut xətlərinin sayı 22 oldu

Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəs

arrow Ətraflı
Zaur bu məşhur müğənnini uşaqlarının kirvəsi etdi  VİDEO  FOTO like
  • 14 Fev 09:54  
Digərləri Zaur bu məşhur müğənnini uşaqlarının kirvəsi etdi VİDEO FOTO

Dünən "5/5" verilişinin qonağı olan Vasif Məhərrəmli Zaur Kama

arrow Ətraflı
"Real Madrid" PSG-ni qəbul edir like
  • 14 Fev 09:54  
İdman "Real Madrid" PSG-ni qəbul edir

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mə

arrow Ətraflı
BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək like
  • 14 Fev 09:48  
Digərləri BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbit

arrow Ətraflı
165 vakant vəzifənin tutulması üçün müsahibə elan edildi like
  • 14 Fev 09:48  
Digərləri 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dövlət orqanında 165 vakant vəzi

arrow Ətraflı
Azərbaycan neftinin qiymətində like
  • 14 Fev 09:44  
Digərləri Azərbaycan neftinin qiymətində

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF"

arrow Ətraflı
“AtaTravel” Quba-Qusar-Şahdağ turu təşkil edir like
  • 14 Fev 09:41  
Digərləri “AtaTravel” Quba-Qusar-Şahdağ turu təşkil edir

“AtaTravel” MMC fevralın 17-18-də 2 günlük Quba-Qusar-Şahdağ turu tə

arrow Ətraflı
Fahriye Evcen hamilədir? like
  • 14 Fev 09:38  
Digərləri Fahriye Evcen hamilədir?

Aktyor Burak Özçivit və xanımı, aktrisa Fahriye Evcen ötən gün ticarət

arrow Ətraflı
Qızıl 6 dollardan çox bahalaşdı like
  • 14 Fev 09:31  
Digərləri Qızıl 6 dollardan çox bahalaşdı

Amerika fond bazarında "Dow Jones" indeksi  0,16% - 24 640,45 bənd

arrow Ətraflı