BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək


Digərləri 14 Fev 2018 09:48:00 234 0

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, Azərbaycanın sayca üçüncü peyki olacaq “Azerspace-2” peykinin buraxılması cari ilin aprel ayında Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq. BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətli mərasimdə - “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirakı üçün dəvət aldığına görə “Azərkosmos” ASC-nin rəhbərliyinə təşəkkür edib və onun bütün heyətinə uğurlar diləyib.