Azərbaycan AŞPA-nı ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edib


Digərləri 14 Fev 2018 09:24:12 152 0

Azərbaycan AŞPA-nı ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edib

Avropa Şurası: Monitorinq məsələsi hələ təsdiqlənməyib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün dəvət alıb.

Bu barədə "Report"a Avropa Şurasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən məlumat verilib ki, AŞPA bu məsələni nəzərdən keçirəcək: "Monitorinq məsələsi hələ təsdiqlənməyib".

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. Azərbaycan Mərkəzi Seçki Komissiyası daha əvvəl seçkilərin müşahidə edilməsi üçün beynəlxalq müşahidəçilərə təkliflər göndəriləcəyini açıqlayıb.