Azərbaycanda silsilə ağır cinayətlər törətmiş şəxs 20 ildən sonra Moskvada tutuldu


Kriminal 14 Fev 2018 09:28:00 281 0

Azərbaycanda silsilə ağır cinayətlər törətmiş şəxs 20 ildən sonra Moskvada tutuldu

Azərbaycanda bir sıra ağır cinayətlər törətdiyinə görə beynəlxalq axtarışda olan etnik qruplaşma lideri 20 ildən sonra Moskvada tutulub.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskvanın Qərb dairəsi üzrə Daxili İşlər İdarəsinin saytında yerləşdirilib.

Bildirilir ki, 49 yaşlı şəxs 1997-ci ildən bəri Azərbaycan ərazisində quldurluq, adam oğurluğu və soyğunçuluq törətdiyinə görə axtarışda olub.

DİN rəsmisi İrina Volkun sözlərinə görə, həmin şəxs başqasının SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşlığı və Rusiya pasportu alıb.