165 vakant vəzifənin tutulması üçün müsahibə elan edildi


Digərləri 14 Fev 2018 09:30:02 184 0

165 vakant vəzifənin tutulması üçün müsahibə elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (43 vakant vəzifə), Təhsil Nazirliyi (8 vakant vəzifə),Dövlət Statistika Komitəsi (2 vakant vəzifə), Maliyyə Nazirliyi (1 vakant vəzifə) və Səhiyyə Nazirliyi (1 vakant vəzifə)) mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.