Tramp Nakasoneni ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri təyin edib


Dünya 14 Fev 2018 08:49:00 234 0

Tramp Nakasoneni ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri təyin edib

Prezident Donald Tramp general-leytenant Pol Nakasoneni ABŞ-ın ən gizli kəşfiyyat idarələrindən biri olan Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbəri təyin edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə kibertəhlükəsizlik məsələləri üzrə prezidentin xüsusi köməkçisi və Ağ evin koordinatoru Rob Coys öz "Twitter" hesabında yazıb.

Nakasonen eyni zamanda ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığına rəhbərlik edəcək və ona general rütbəsi veriləcək. Bundan əlavə, onun namizədliyini hələ Konqresin Senatı təsdiqləməlidi.