Azərbaycanda yol qəzasında 6 nəfər xəsarət alıb


Digərləri 14 Fev 2018 08:42:00 189 0

Azərbaycanda yol qəzasında 6 nəfər xəsarət alıb

Şəkidə baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, fevralın 13-ü axşam saat 19:30 radələrində rayonun Baş Göynük avtomobil yolunda "VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzadan sonra avtomobillərdə olanlar:  Şəki rayonu Baş Şabalıd kənd sakini 1955-ci il təvəllüdlü Səlim Yaqub oğlu Səlimov, Səlimin qızı 1987-ci il təvəllüdlü Reyhanə Səlimova, Baş Şabalıd sakini, 2010-cu il təvəllüdlü Cəbrayıl Söhrab oğlu Həsənov, Cəbrayılın anası 1980-cı il təvəllüdlü Çinarə Etibar qızı Həsənova, Şin kənd sakini 1963-cü il təvəllüdlü Aydın Cuma oğlu Paşayev və Qax rayon sakini 1990-cı il təvəllüdlü Tural Mikayıl oğlu Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır.