Putin və Poroşenko əsirlərin mübadiləsini müzakirə ediblər


Dünya 14 Fev 2018 08:40:02 235 0

Putin və Poroşenko əsirlərin mübadiləsini müzakirə ediblər

Telefon danışığı zamanı digər məsələlərə də toxunulub

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı tərəflər əsir düşmüş sərhədçilərin dəyişdirilməsi və "Normandiya dördlüyü"nün qarşıdakı görüşünü müzakirə ediblər.

"Ukrayna prezidenti girovların azad edilməsini, xüsusilə də, əsir sərhədçilərin mübadiləsi və işğal olunmuş ərazilərdəki Ukrayna hərbçilərinin azad edilməsinin tezləşdirilməsi üçün Rusiya prezidenti ilə telefon danışığı aparıb", - deyə məlumatda bildirilir.

İki ölkə lideri həmçinin fevralın 16-da Münhendə keçirilməsi nəzərdə tutulan "Normand dördlüyü" xarici işlər nazirləri görüşünün təfərrüatlarını müzakirə ediblər.