Türkiyəli deputat: "Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik"


Siyasət 14 Fev 2018 08:30:00 101 0

Türkiyəli deputat: "Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik"

"Bakı Ankaraya olan dəstəyini heç vaxt kəsməyib və Türkiyə qardaş Azərbaycanın dəstəyini həmişə hiss edib".

Son.az bildirir ki, bunu Trend-ə xüsusi açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili Mətin Külünk bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir və Türkiyə və Azərbaycan bir millət iki dövlətdir:

"Dünyada Türkiyə-Azərbaycan münasibətlərinə analoq tapmaq mümkün deyil, bu baxımdan Azərbaycan Türkiyənin ən önəmli qardaşı və özüdür".

Millət vəkilinin sözlərinə görə, son illər Türkiyə Cümhuriyyət tarixinin ən böyük hücumuna məruz qalıb:

"Türkiyə bir-birini təqib edən terror və hərbi çevriliş cəhdilə üz-üzə qaldı və Ankara bütün problemlərə səbəb olan Avropa və ABŞ-la mübarizə aparmaq məcburiyyətində qaldı. Bu mübarizə hələ də davam edir".

M.Külünk onu da əlavə edib ki, bu mübarizə zamanı qardaş Azərbaycan hər zaman Türkiyənin yanında olub.

Millət vəkilinin sözlərinə görə, son olaraq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsilə iki qardaş ölkənin münasibətləri daha da möhkəmlənib.

Bu gün Azərbaycan və Türkiyənin bölgədəki bir sıra üçtərəfli əməkdaşlıq mexanizmlərinin əsas tərkib hissəsi olduğunu bildirən M.Külünk deyib ki, bu əlaqələr daha da genişlənəcək və güclənəcək:

"Türkiyə olaraq biz heç bir zaman ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyini əsla unutmayacağıq. Bundan əvvəl olduğu kimi, bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycana beynəlxalq arenada verdiyimiz dəstəyi davam etdirəcəyik".

Qışda ancaq təzə yağan qarın yeyilməsi uşaqlar üçün təhlükəsizdir... like
  • 14 Fev 08:22  
Digərləri Qışda ancaq təzə yağan qarın yeyilməsi uşaqlar üçün təhlükəsizdir...

Rumıniyanın Mierkurea Çiuk şəhərindəki Sapientia Universitetinin biomüh

arrow Ətraflı
Qadınlar üçün bürclərə görə "Sevgililər günü" hədiyyəsi  FOTO like
  • 14 Fev 08:18  
Digərləri Qadınlar üçün bürclərə görə "Sevgililər günü" hədiyyəsi FOTO

Son.az axşam.az-a istinadən qadınlara "Sevgililər günü"ndə bür

arrow Ətraflı
Kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədə SON DURUM açıqlandı like
  • 14 Fev 08:17  
Digərləri Kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədə SON DURUM açıqlandı

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəs

arrow Ətraflı
DİQQƏT  Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA like
  • 14 Fev 08:12  
Digərləri DİQQƏT Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA

Fransa və Danimarka alimlərinin ibuprofen tərkibli dərmanlarla bağlı araş

arrow Ətraflı
Kameraları görüb özlərini itirdilər  FOTO like
  • 14 Fev 08:07  
Digərləri Kameraları görüb özlərini itirdilər FOTO

"Arka Sokaklar"ın aktyoru Alp Korkmaz ilk dəfə sevgilisi ilə gör

arrow Ətraflı
Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq like
  • 14 Fev 07:55  
Digərləri Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq

Dubayda yaxınlarda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.

arrow Ətraflı
ABŞda atışma baş verib, ölən və yaralananlar var like
  • 14 Fev 07:54  
Dünya ABŞda atışma baş verib, ölən və yaralananlar var

ABŞ-ın Uest-Valli-Siti şəhərinin (Yuta ştatı) mərkəzi rayonlarından bi

arrow Ətraflı
İndoneziya sahillərində zəlzələ olub like
  • 14 Fev 07:52  
Dünya İndoneziya sahillərində zəlzələ olub

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Birmingemdə teatrda partlayışdan sonra insanlar təxliyə edilib like
  • 14 Fev 07:50  
Dünya Birmingemdə teatrda partlayışdan sonra insanlar təxliyə edilib

Böyük Britaniyanın Birmingem şəhərində yerləşən Birmingem Repertuar Te

arrow Ətraflı
Sorğu: Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır like
  • 14 Fev 07:49  
Dünya Sorğu: Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır

Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır.

arrow Ətraflı