Dəfnə yarpağı həm mətbəxdə, həm də təbabət və kosmetologiyada faydalıdır


Digərləri 14 Fev 2018 08:40:00 288 0

Dəfnə yarpağı həm mətbəxdə, həm də təbabət və kosmetologiyada faydalıdır

Dəfnə həmişəyaşl ağacdır, yazda və qışda yarpağını tökür. Qədim Elladada Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpağından hörülmüş çələnglə mükafatlandırılırdılar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xoş ətirli bitki olan dəfnənin may və oktyabr ayları arasında yığılan yarpaqları daha faydalıdır. Meyvələri yaşıl olur, sonradan tündləşib qaralır.

Yarpaqlarından mətbəxdə geniş istifadə edilir. Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir. Xörəkdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir. Ondan natural dərman istehsalında, kosmetik sənayedə də istifadə olunur. Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı mikroböldürücü, sidikqovucu, tərlədici, spazmgötürücü və ağrıkəsici təsir göstərir. Onun saç tökülməsinə qarşı istifadə edilməsi tükləri möhkəmlədir, kəpəklənməni azaldır, saçlara yumşaqlıq və parlaqlıq verir. Dəri xəstəlikləri zamanı da həmin yağdan istifadə olunması faydalıdır.