Yuxusuzluğun orqanizmə ziyanı varmı?


Digərləri 14 Fev 2018 07:14:00 292 0

Yuxusuzluğun orqanizmə ziyanı varmı?

Yuxu orqanizmin ən vacib fizioloji vəziyyəti olsa da, onun mənşəyi və səbəbləri hələ indiyədək tam öyrənilməyib. Yuxuya gedən canlının şüuru bir neçə saatlığa sönmüş olur. Bununla belə alimlər yuxunun bəzi qanunauyğunluqlarını da aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatan yetkin insanlara uzun ömür sürmək nəsib olur. Yuxu azlığı isə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.

Bəs yatmamaq necə, mümkündürmü?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bu sahədə maraqlı bir tədqiqat aparıblar. İlk yuxusuz gecədən sonra insan beynində mezolomit sistem aktivləşərək qana defomin atır. Həmin təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir, yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır.

İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemi fəaliyyəti pozulmağa başlayır. Üçüncü yuxusuz gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.