Betonqarışdıran maşında BƏƏ-yə keçmək istəyən 22 miqrant saxlanılıb


Dünya 14 Fev 2018 06:40:34 273 0

Betonqarışdıran maşında BƏƏ-yə keçmək istəyən 22 miqrant saxlanılıb

Saxlanılan şəxslərdən 21-i Asiya və 1-i isə Afrika mənşəli olub

BƏƏ polisi betonqarışdıran maşının mikser hissəsində ölkə sərhədini keçmək istəyən 22 qeyri-qanuni miqrantı saxlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "The National" nəşri məlumat yayıb.

Nəqliyyat vasitəsinin sürücüsü Omanla sərhəddəki "Khatam" gömrük məntəqəsində saxlanılıb. Yük maşını mikserinin içində 21 Asiya və 1 Afrika mənşəli şəxs olub.

Şarja Əmirliyi polisindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.