Birmingem teatrı partlayışdan sonra təxliyyə edilib


Dünya 14 Fev 2018 06:30:54 274 0

Birmingem teatrı partlayışdan sonra təxliyyə edilib

Hadisə texniki nasazlıq səbəbindən baş verib

Böyük Britaniyanın Birmingem repertuar teatrında partlayış baş verib, ardınca bütün ziyarətçilər və əməkdaşlar binadan təxliyyə edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə texniki nasazlıq səbəbindən baş verib.

Müəssisə rəhbərliyi "Twitter" sosial şəbəkəsində yazıb ki, insanların təxliyyə edilməsi barədə qərar təhlükəsizlik məqsədi ilə qəbul olunub. Rəhbərlik həmçinin qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Birmingemdəki partlayışla əlaqədar məlumat yerli polis tərəfindən dərhal yayılıb. Partlayış teatr işçiləri üçün nəzərdə tutulmuş otaqda baş verib.