"Atam bir dəfə çılpaq halda qarın üstündə..." Sevincin ürəkparçalayan AİLƏ DRAMI


Digərləri 14 Fev 2018 05:30:00 306 0

"Atam bir dəfə çılpaq halda qarın üstündə..."  Sevincin ürəkparçalayan AİLƏ DRAMI

Həyatda heç kimə öz valideynlərini seçmək şansı verilmir. Heç dünyaya gəlmək istəyib-istəmədiyimiz belə bizə sual edilmir. Bu da həyatın bir qanunudur. Bəlkə də körpələr onları hansı həyatın gözləyəcəyini duyur deyə, dünyaya gələndə var gücləri ilə gələcək talelərinə ağlayırlar. Bəlkə də yox. Budəfəki həmsöhbətim də seçmədiyi ailədə dünyaya gəlib, seçmədiyi həyatı yaşayan, kimlərinsə qurbanı olan qadınlardan biridir. 3 uşaq anasıdır. Oğlanlarımdan çox qızının taleyi üçün narahat olduğunu deyir.

Son.az "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınan 3 uşaq anası, 24 yaşlı Sevinc Mahmudovanın (ad şərtidir) tükürpədən taleyini təqdim edir:

"Atam anamı döyüb, işgəncə edirdi. Bir dəfə də çılpaq halda, qarın üstündə o qədər döymüşdü ki, anam özündən getmişdi..."

Sevincin anası tatar əsillidir, atası isə Rusiya vətəndaşı olub. Dediyinə görə, atası ilə anası heç vaxt normal ailə olmayıblar. Nəhayət, xəyanət üstündə də ayrılıblar:

"Atamla anam təsadüfən tanış olub, ailə qurmuşdular. Biz dünyaya gələndə Ukraynada yaşayırdıq. "Mehriban ailəmiz, gözəl uşaqlığımız olub", deyə bilmərəm. Çünki atam anamı sevmirdi. Həmişə mübahisə edirdilər. Bir-birinə olmazın söyüşlərini deyirdilər. Adamın ölüsü-dirisi nə qədər söyülər?! Hər mübahisənin sonunda anam möhkəm döyülürdü. Bir dəfə qış fəsli idi, gəzməyə çıxmışdıq. Anam, qardaşım və mən. Qardaşım üşüdüyü üçün evə tez qayıtmalı olduq. Qayıdanda isə gördüyümüz mənzərə anamı dəhşətə gətirdi. O, atamın ona xəyanət etdiyini öz gözləri ilə gördü. Onda məni və qardaşımı da götürüb, evdən getmək istədi. Atam isə qardaşımı aparmasına razı olmayıb, mübahisə yaratdı. Daha sonra da anamı çılpaq halda qarın üstündə özündən gedənə qədər döydü. O, qardaşımı anamın əlindən alıb, bizi çölə atdı. O vaxtdan kişilərdən iyrənmişəm. Biz anamla rəfiqəsigilə gəldik. Bir müddət belə yaşadıq. Anam küçələri süpürürdü, qazandığı ilə də qarnımızı birtəhər doyuzdururduq. Həmişə qardaşımla əlaqə qurmağa çalışırdı, oğlu üçün narahat idi. 16 yaşım tamam olana qədər qardaşımdan heç bir xəbər ala bilmədik. Atam bütün nömrələri dəyişdirmişdi. Anamla yenicə doğum günümü qeyd etmişdik. Üstündən 2 gün sonra isə anam gecənin bir vaxtı oyandı və ağlaya-ağlaya başqa rəfiqəsigilə gedəcəyini dedi. Heç nə başa düşmədim, mən də oyandım, əynimi geyinib, onunla getmək istədiyimi dedim. Amma qoymadı..."

Sevinc anidən susdu... Sanki, həmin gecəyə, həmin ana bir daha qayıtdı. Nəzərləri o qədər dərin boşluğa zillənmişdi ki, bir neçə dəqiqə gözlərini qırpmadı. Göz yaşları isə damla-damla süzülüb ovuclarına düşürdü. Sanki biz görməsək də o, anasını yenidən görür və gözlərini ondan bir an da olsun, çəkmək istəmirdi. İstəməsəm də, əllərini tutub "Anan indi hardadır" sualını verdim.

"Həmin gecə sanki kimsə anamı zorla evdən çıxartmaq istəyirdi. Bilmədim və heç vaxt da bilməyəcəm ki, onu gecənin bir vaxtında tələm-tələsik evdən çıxardan hansı xəbər və ya kim idi. Mən nə qədər yalvardım ki, getmə, xeyri olmadı. Dedim, çox qaranlıqdı, heç olmasa, məni də apar. Amma eşitmədi. Evdən çıxıb, Svetlanagilə gedəcəyini dedi. Son dəfə məni öpüb, "Sən yat, mən tez gedib, gələcəm. Qorxma, qapılar bağlıdı, səhər açılanda yenə yanında olacam" dedi və evdən çıxdı. Getdiyi yolda onu maşın vurmuşdu. Yağış yağırdı deyə, əyninə "kapşon"lu ağ polverini geyinmişdi. Qəza anında polverin kapşonu avtomobilin dəmirlərinə ilişib onu bir neçə metr irəliyə sürümüşdü. Hadisə o qədər sürətli olub ki, anamın salamat sümüyü qalmamışdı. Bütün dərisi asfaltın üstündə qalmışdı, tanımaq olmurdu. Sürücü onu yol kənarında dərəyə atıb, qaçmışdı. Bir gün ondan xəbər ala bilmədim. Növbəti gün isə polislər qapıya gəlib, "anan ölüb" dedilər. Dodaqlarım qurudu. Dilim söz tutmadı. Ona "getmə" demişdim, "məni də apar" demişdim. Heç olmasa, orda olsaydım, bəlkə xəstəxanaya çatdırardım onu. Bəlkə də indi həyatda olardı, mənim də başıma bu hadisələr gəlməzdi..."

Sevinc deyir ki, anasının rəfiqəsi bir müddət ona baxıb, daha sonra isə başından etmək üçün bəhanələr gətirib. Nəhayət, qərara gəlib ki, Sevinci 40 yaşlı kişi ilə tanış etsin:


Xəbərə aid fotolar