Fransa Suriyaya hərbi zərbə endirə bilər


Dünya 14 Fev 2018 05:14:22 295 0

Fransa Suriyaya hərbi zərbə endirə bilər

Bu, dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə təsdiq olunacağı təqdirdə baş verəcək

Fransa Suriya ordusunun dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi öz təsdiqini taparsa, Suriyaya dərhal hərbi zərbə endirməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu respublika prezidentı Emmanuel Makron deyib.

"Biz onun törədildiyi və ya təşkil olunduğu həmin yerə zərbə endirəcəyik. "Qırmızı xəttə" riayət olunacaq", - deyə o müvafiq suala cavabında bildirib.