Sorğu: Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır


Digərləri 14 Fev 2018 03:18:00 269 0

Sorğu: Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır

Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır

Bakı. Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır. Trend-in məlumatına görə, bu barədə "Marist Institute for Public Opinion (Marist)" tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir. Tədqiqatçılar qeyd edir ki, 2005-ci illə müqayisədə digər planetlərdə həyatın olduğuna inananların sayl 16 faiz artıb. Sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 55 faizi hesab edir ki, "yadplanetlilər bizi daha tez tapacaqlar, nəinki biz onları".