Cibində 740 min dollar olan dilənçi saxlanılıb


Digərləri 13 Fev 2018 23:53:00 310 0

Cibində 740 min dollar olan dilənçi saxlanılıb

İsveçin Uppsala şəhərinin polisləri cibində 6 milyon kron (təxminən 741 min dollar) olan dilənçini saxlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, dilənçi asayiş keşikçilərinin diqqətini aqressiv davranışı ilə cəlb edib.

Polisin sözlərinə görə, dilənçini saxlanılarkən onun cibindən pullar düşməyə başlayıb.

Qeyd edək ki, İsveçdə dilənçilik problemi kəskindi. Cəmiyyətdə dilənçiliyə qadağa qoyulması barədə qanunun diskussiyası aparılır.