Fələstin İsraillə birbaşa danışıqlara hazırdır


Dünya 13 Fev 2018 23:59:00 243 0

Fələstin İsraillə birbaşa danışıqlara hazırdır

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.

"Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir", - deyə diplomat bildirib.

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb.