Astarada reyd zamanı 50 nəqliyyat vasitəsi saxlanılıb


Sosial 13 Fev 2018 23:47:28 79 0

Astarada reyd zamanı 50 nəqliyyat vasitəsi saxlanılıb

Onlardan 30-u barəsində müvafiq protokollar tərtib olunub

Astarada ryon Polis şöbəsinin Baş Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, rayonun iki istiqamətində - dağətəyi ərazi olan Siyəku-Vaqo kənd yolu və Ələt-Astara magistral yolunun 219.5 km-də təşkil olunan reyd zamanı 50 avtomobil saxlanılıb. Onlardan 30-u barəsində müvafiq protokollar tərtib olunub.

Reydlərin keçirilməsində məqsəd, əsasən istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin, eləcə də texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan avtonəqliyyat vasitələrinin aşkarlanması olub.

Reyd zamanı sürücülər tərəfindən digər kobud qanun pozuntuları da qeydə alınıb. Sürücülər nəqliyyat vasitəsini müvafiq vəsiqə olmadan idarə etmə, azyaşlı uşağı ön oturacaqda əyləşdirmə, nəqliyyat vasitəsinə müxtəlif dəyişikliklər etmə və avtomobilə əlavə qurğular quraşdırmağa görə saxlanılıblar. Sürücülərin hər biri qayda pozuntularını müxtəlif səbəblərlə izah etməyə çalışıblar. Hətta DYP əməkdaşının "saxla!" əmrinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyənlər də olub. Reyd zamanı ən maraqlı məqam isə sərnişin mikroavtobusundan mal-qara daşınması üçün istifadə olunması faktı olub.

Astara rayon Polis şöbəsi Baş Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı İlqar Rəhimovun sözlərinə görə rayon ərazisində reydlərin keçirilməsi bundan sonra da aparılacaq. Bu cür reydlərin keçirilməsi vətəndaşların təhlükəsizliyinin qorunmasına xidmət edir.

İlahi eşqlə adi eşqin 8 fərqi like
  • 13 Fev 23:45  
Digərləri İlahi eşqlə adi eşqin 8 fərqi

İlahi eşqlə adi eşqlərin fərqlərinə diqqət edək:

arrow Ətraflı
7 dərdin dəvası – möcüzə likör like
  • 13 Fev 23:40  
Digərləri 7 dərdin dəvası – möcüzə likör

Bu resept orta əsrlərdə monastırlardan tutmuş kral sarayına kimi yayılmı

arrow Ətraflı
Uşaqları zərərli vərdişlərdən qoruyun – like
  • 13 Fev 23:35  
Digərləri Uşaqları zərərli vərdişlərdən qoruyun –

Uşaqlarımızın gələcəkdə dişləri ilə bağlı problemlər yaşamamasın

arrow Ətraflı
Türkiyə ordusu kürdlərin artilleriyasını məhv edib  VİDEO like
  • 13 Fev 23:34  
Dünya Türkiyə ordusu kürdlərin artilleriyasını məhv edib VİDEO

Suriyada xalqın ölümünə səbəb olan döyüşlər davam edir.

arrow Ətraflı
Qarabağda irimiqyaslı müharibə gözlənilir like
  • 13 Fev 23:33  
Siyasət Qarabağda irimiqyaslı müharibə gözlənilir

Azərbaycan və Ermənistan arasındakı gərginlik 2018-ci ildə Dağlıq Qarab

arrow Ətraflı
Rusiyalı futbolçu pulla burnunu sildi  VİDEO like
  • 13 Fev 23:31  
Digərləri Rusiyalı futbolçu pulla burnunu sildi VİDEO

Rusiyanın "Tosno" klubunun futbolçusu Stanislav Manayev azarkeşlər

arrow Ətraflı
Şou ulduzu ailəvi istirahətdə  FOTO like
  • 13 Fev 23:30  
Digərləri Şou ulduzu ailəvi istirahətdə FOTO

"I'm A Celebrity... Keep Me Here!" realiti-şousunun sabiq iştira

arrow Ətraflı
Biləsuvarda çobanlar bıçaqlaşdı like
  • 13 Fev 23:26  
Digərləri Biləsuvarda çobanlar bıçaqlaşdı

Hadisəyə mal-qaranın başqa fermanın ərazisinə girməsi səbəb olub

arrow Ətraflı
İsveçdə cibində 740 min dollar olan dilənçi saxlanılıb like
  • 13 Fev 23:25  
Digərləri İsveçdə cibində 740 min dollar olan dilənçi saxlanılıb

İsveçin Uppsala şəhərinin polisləri cibində 6 milyon kron (təxminən 741

arrow Ətraflı
Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU like
  • 13 Fev 23:25  
Digərləri Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU

Dişlərə düzgün qulluq edilmədikdə kariyes, diş ətlərində iltihab yara

arrow Ətraflı
Azərbaycan neftinin bazarda qiyməti dəyişib like
  • 13 Fev 23:21  
Digərləri Azərbaycan neftinin bazarda qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Qənaət hissini gücləndirmək üçün nə edək? like
  • 13 Fev 23:20  
Digərləri Qənaət hissini gücləndirmək üçün nə edək?

Allah Təala bizə çoxlu nemətlər vermişdir ki, bu nemətlərin qədrini bil

arrow Ətraflı
Həzrət Əli bəsirətinin əsasında duran mühüm amil like
  • 13 Fev 23:15  
Digərləri Həzrət Əli bəsirətinin əsasında duran mühüm amil

Əmirəl-möminin (ə) buyurur: "Nə ətrafımda olan insanların çox olma

arrow Ətraflı