Avropa Liqası “səssiz” qayıtdı


Digərləri 13 Fev 2018 23:23:00 237 0

Avropa Liqası “səssiz” qayıtdı

Avrokuboklarda fasilə başa çatıb.

Son.az apasport.az-a istinadən xəbər verir ki,klub miqyasında qitənin futbol həyəcanına Avropa Liqası ilə yenidən start verilib. İkinci dərəcəli klub turnirində 1/16 final mərhələsi başlayıb. Bu gün cəmi 1 qarşılaşma baş tutub.

Moskva MOİK-i günün yeganə matçında "Srvena Zvezda"nın qonağı olub. Çempionlar Liqasında "Mançester Yunayted", "Bazel" və "Benfika" ilə birgə yer aldığı qrupda 3-cü yeri tutaraq Avroliqaya yollanan rusiyalılar səfərdən sərfəli qolsuz heç-heçə ilə dönüb.

1/16 final mərhələsinin digər 15 oyunu fevralın 15-də keçiriləcək.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyun

13 fevral

"Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) - 0:0

Baş hakim: Pavel Raçkovski (Polşa)