Gəncədə 11ci sinif şagirdinin qətlə yetirilməsi ilə bağlı


Digərləri 13 Fev 2018 23:27:00 278 0

Gəncədə 11ci sinif şagirdinin qətlə yetirilməsi ilə bağlı

Qətlə yetirilən şəxs son 5 gündə dərsə gəlməyib

Gəncə şəhərində 11-ci sinif şagirdinin digər məktəbli tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, qətli törədən 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini Tağıyev Tural İsmayıl oğlu 39 saylı yerli orta məktəbin Rus bölməsinin 10-cu sinif şagirdidir.

Həmin məktəbin direktoru Nizami Rzayevin "Report"a bildirdiyinə görə, hadisə baş verən günü o, dərsə gəlməyib:

"O, bu gün dərsə gəlməyib. Müəllimi bununla bağlı uşağın valideynlərinə zəng etdikdə, onlar övladlarının həvəskar futbolla məşğul olduğunu və yəqin məşqə getdiyini, sonradan isə onun qətl törətdiyini eşitdiklərini bildiriblər".

Qətlə yetirilən 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini Bağırov Elnur Həsən oğlu isə 42 saylı yerli orta məktəbin Azərbaycan dili bölməsinin 11 A sinifinin şagirdidir.

Məktəb direktoru Naidə İsgəndərova E.Bağırovun son 5 gün ərzində dərsə gəlmədiyini deyib: