Həzrət Əli bəsirətinin əsasında duran mühüm amil


Digərləri 13 Fev 2018 23:15:00 348 0

Həzrət Əli bəsirətinin əsasında duran mühüm amil

Əmirəl-möminin (ə) buyurur: "Nə ətrafımda olan insanların çox olması izzətimin artmasına səbəb olar, nə də onların dağılışması mənim qorxuma səbəb olar".

Bu sözləri deyən dahi insan öz şəxsiyyətinin istiqlal və azadlığından xəbərdar idi. Bu rəbbani insanın tək hədəfi var idi, o da Allah sevgisi və Allah razılığı.

Son.az deyerler.org-a istinadən bildirir ki, dövrlər olubdur ki, insanlar onun ətrafında cəm olub və toplaşıblar. Dövrlər olub ki, dağılıb və onu tək qoyublar.

Hər iki hal, Həzrətə (ə) heç bir təsir qoymamışdır. Çünki bu böyük insanda şəxsiyyət azadlığı var idi.

İlahi liqaya çatmaq bu rəbbani alimin tək istəyi idi. Ona görə buyurardı: "Bu, qətidir ki, mən Allahla görüşə və Onun yaxşı mükafatına ümidvaram".

Liqaallah - hər bir arifin son hədəfi olar. İmam Əlini (ə) behişt nemətləri və cəhənnəm atəşi maraqlandırmırdı. O Həzrətin (ə) tək hədəfi - Allahla görüşmək idi.

Həzrət Əli (ə) buyurur: "Allahım! Mən səni nə cəhənnəm atəşinin qorxusundan və nə behiştə marağım olduğu üçün ibadət edirəm. Fəqət Səni ibadətə layiq bilmişəm və Sənə pərəstiş edirəm".