Pis əhval beyinə necə təsir göstərir?


Digərləri 13 Fev 2018 23:05:00 105 0

Pis əhval beyinə necə təsir göstərir?

Hisslərimizin acı çəkən insanlara verdiyimiz reaksiyaya gözlənilməz təsiri göstərə bilər, Melissa Hogenboom deyir.

Margaret Atwood-un antiutopik romanı Qulluqçu Qızın Hekayətində (A Handmaid's Tale) Offred-in sürü içinə atılması və haqsız yerə həbsi səhnələrindəki acını az qala hiss edirik.

Səbəb isə sadədir: biz bilirik ki, bu bədii əsərdəki hər bir epizod tarixdəki hansısa hadisənin təsiri əsasında yaranıb.

"Əgər xəyali bağça qursaydım, oradakı qurbağaların real olmasını istəyərdim," Atwood New York Times üçün qələmə aldığı yazısında deyib.

Buna görə də özümüzü asanlıqla Offred-in yerinə qoya bilirik və ona yazığımız gəlir. Hadisə, başqalarının acısını paylaşmaq kimi insani hisslərə toxunur. Həqiqətən də ağrı çəkən birini gördükdə beynimizin ağrı ilə əlaqəli hissələri aktivləşir.

Amma sən demə bizim ruh halımız şəfqət hisslərimizə də təsir göstərir. Emosiyalarımız beynimizin başqalarına qarşı cavabını dəyişə bilər (qarşı tərəf ağrı içində olsa belə). Xüsusilə də bəd əhvalımızın sosial dünyamıza təsirləri böyük ola bilər.

Gizli deyil ki, əhvalımız davranışımıza saysız şəkildə nüfuz edir: qida seçimindən tutmuş (pis əhval-ruhiyyədə olarkən sağlam qidalar yemirik) dostluqlarımıza qədər. Dostlarımız əhvalsız və kədərli olan zaman həmin hiss keçici ola bilir və bizi də pis edir.

2017-ci ilin bir araşdırması isə müəyyənləşdirib ki, əhval sosial mediadan da yayıla bilər.

Emosiyalarımız əslində o qədər güclüdür ki, pozitiv əhval yaramızın ağrısını da yüngülləşdirə bilər. O, bizdə ağrıkəsici effekti yaradır.

Neqativ emosiyalar isə əksini yaşadır: ağrıya qarşı hissimiz daha da artır.

Neqativ emosiyalar ağrı içində olanlara qarşı şəfqət hissimizi dəyişə bilər

2017-ci ilin dekabrında nəşr olunan bir araşdırmada isə, pis əhvalın ağrı çəkənlərə qarşı şəfqət hissimizi dəyişdiyi ortaya çıxıb. O, həqiqətən də şəfqətimizi azaldır.

Cenevrə Universitetindən Emilie Qiao-Tasserit və komandası ağrı yaşayan insanlara qarşı olan hisslərimizə emosiyalarımızın təsirini başa düşmək istəyib. Ağrı yaransın deyə onlar, iştirakçıların ayağına temperatur artıran alət bağlayıblar.

Ağrı ilə yanaşı komanda, iştirakçıların beyninə nəzarət etmək üçün skaner də qoşublar və onlara pozitiv və ya neqativ filmlər göstəriblər.

Neqativ klip izləyən və sonra ağrı çəkən insanlara baxanların beynində ağrı ilə əlaqəli hissələr daha az aktiv olub: ön insula və orta sinqular korteks. Onlar adətən ağrı çəkən birini gördüyümüzdə və ya özümüz ağrı yaşayarkən aktivləşirlər.

"Başqa sözlə neqativ emosiyalar, beynimizin başqalarının ağrısına qarşı həssaslıq həcmini əzə bilirlər" Qiao-Tasserit izah edir.

Bu iş bir çox şeyləri aşkarlayıb. Göstərib ki, emosiyalarımız sözün əsl mənasında "beynimizin vəziyyətini" dəyişmək iqtidarındadır. Belə halda hisslərimiz başqalarının acısını qavramamızı da idarə edə bilir.

Qulluqçu Qızın Hekayətində bir çox narahatedici səhnələr var

Qiao-Tasserit və həmkarlarının apardığı başqa bir araşdırma göstərib ki neqativ klip izləyən adamlar neytral emosiyalı birini daha çox bədbin görüblər.

Biləsuvarda çobanlar arasında bıçaqlaşmanın təfərrüatı məlum olub - TƏFƏRRÜAT like
  • 13 Fev 23:02  
Sosial Biləsuvarda çobanlar arasında bıçaqlaşmanın təfərrüatı məlum olub - TƏFƏRRÜAT

Hadisəyə mal-qaranın başqa fermanın ərazisinə girməsi səbəb olub

arrow Ətraflı
Ajda Pekkanın bu fotosu çox təəccübləndirdi like
  • 13 Fev 23:02  
Digərləri Ajda Pekkanın bu fotosu çox təəccübləndirdi

Stilist Barbaros Şansal sosial media hesabında müğənni Ajda Pekkanın yeni

arrow Ətraflı
Demet 3 günlük həbs oluna bilər like
  • 13 Fev 23:02  
Digərləri Demet 3 günlük həbs oluna bilər

Türk ulduzlar Demet Akalın və Hande Yener arasında illərdir davam edən rə

arrow Ətraflı
Məşhur İskra otel hovuzunda  FOTO like
  • 13 Fev 23:01  
Digərləri Məşhur İskra otel hovuzunda FOTO

Dünyanın ən populyar plus-size modellərindən olan İsra Lourens ABŞ-ın Fl

arrow Ətraflı
Azərbaycan neftinin bazarda qiyməti dəyişib like
  • 13 Fev 23:00  
Digərləri Azərbaycan neftinin bazarda qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
BƏƏdə betonqarışdıran maşında 22 miqrant saxlanılıb like
  • 13 Fev 23:00  
Digərləri BƏƏdə betonqarışdıran maşında 22 miqrant saxlanılıb

Birləşmiş Ərəb Əmirliklərində ölkəyə betonqarışdıran maşında ke

arrow Ətraflı
Sevgilinizin xasiyyətini ayaqlarından öyrənin like
  • 13 Fev 22:55  
Digərləri Sevgilinizin xasiyyətini ayaqlarından öyrənin

Qarşınızdakı insanın ayaq forması və barmaqlarından sizə uyğun sevgili

arrow Ətraflı
Sarımsaq həmayili – zob like
  • 13 Fev 22:50  
Digərləri Sarımsaq həmayili – zob

Sarımsaq dişlərini sapa, ipə düzüb bogazdan asmaq həm Rusiya, həm Sibir,

arrow Ətraflı
Yaxşı ailə necə olmalıdır? like
  • 13 Fev 22:45  
Digərləri Yaxşı ailə necə olmalıdır?

Yaxşı ailə - o ailədir ki, ailə üzvləri bir-birinin ehtiyaclarını təmi

arrow Ətraflı
Aqibətin xeyirli olmasını istəyənlər üçün İmam Zaman ağanın  buyuruşu like
  • 13 Fev 22:40  
Digərləri Aqibətin xeyirli olmasını istəyənlər üçün İmam Zaman ağanın buyuruşu

İmam Zaman (ə.f) buyurur: "Bir halda ki, Əhli-Beyt (ə) davamçıları g

arrow Ətraflı
Gözəl dəriyə sahib olmaq istəyirsinizsə bu məhsuldan like
  • 13 Fev 22:35  
Digərləri Gözəl dəriyə sahib olmaq istəyirsinizsə bu məhsuldan

Təmiz və gözəl dəri hər insanın arzusudur. Yeniyetməlik dövründə dər

arrow Ətraflı
Rio-de-Janeyroda karnaval zamanı oğurluqla məşğul olan 100-dən çox kloun saxlanılıb like
  • 13 Fev 22:31  
Dünya Rio-de-Janeyroda karnaval zamanı oğurluqla məşğul olan 100-dən çox kloun saxlanılıb

Onların üzərindən tapança, patron və qumbara aşkar edilərək götürül

arrow Ətraflı
İki erotik rəfiqə birgə istirahətdə  FOTO like
  • 13 Fev 22:30  
Digərləri İki erotik rəfiqə birgə istirahətdə FOTO

Britaniyada populyar "Ex On The Beach" realiti-şousunun ulduzları ka

arrow Ətraflı
Ermənistandakı iqtisadi tənəzzül sosial partlayışa səbəb olacaq like
  • 13 Fev 22:27  
Siyasət Ermənistandakı iqtisadi tənəzzül sosial partlayışa səbəb olacaq

Ermənistandakı seçkilər faktiki olaraq "Qarabağ kartı"na köklə

arrow Ətraflı
Tramp hərbi büdcəni artırmağı təklif edir like
  • 13 Fev 22:26  
Dünya Tramp hərbi büdcəni artırmağı təklif edir

Donald Tramp Administrasiyası elan edib ki, 2019-cu ildə müdafiə xərcləri

arrow Ətraflı