Doğrudurmu ki, kirvənin qızı ilə evlənmək olmaz?


Digərləri 13 Fev 2018 22:15:00 367 0

Doğrudurmu ki, kirvənin qızı ilə evlənmək olmaz?

Əvvəla, qeyd edək ki, dinimizdə kirvə anlayışı yoxdur və kirvə heç bir xüsusi imtiyaza və fərqliliyə sahib deyil. Xalq ənənəsində oğlan uşağının sünnət mərasimində yaxın qohum və ya ailə dostu qismində iştirak edən və uşağı tutan adama kirvə deyirlər.

Son.az islam.az-a istinadən bildirir ki, onun qızı sünnət olunan oğlana naməhrəmdir. Oğlan böyüdükdən sonra həmin qızla evlənə bilər. Oğlanın evlənməsi haram olan qızlar (qadınlar) şəriət hökmlərində bəyan edilib. Bunların arasında kirvənin qızı adlı bir təbəqə yoxdur. Naməhrəmlik baxımından kirvənin qızı ilə sair qadınlar arasında heç bir fərq mövcud deyil. Bütün naməhrəm qadınlar hansı xüsusi hallarda insana məhrəm olursa və ya onlarla evlənmək haram hökmünə düşürsə, kirvənin qızı da həmin hökmləri daşıyır.