Ərdoğandan Amerikaya "Osmanlı şilləsi"


Dünya 13 Fev 2018 22:16:00 305 0

Ərdoğandan Amerikaya "Osmanlı şilləsi"

YPG/PYD terrorçularına təlim keçən bir nəfər amerikalı general, əgər Türkiyə bizi də hədəf alsa sərt cavab alacaqlar demişdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında ABŞ əleyhinə sərt ifadələr işlədib. Amerikanı terrorçulara dəstəkdə ittiham edən Ərdoğan, heç kəsin Türkiyəyə hədə-qorxu gələ bilməyəcəyini söyləyib.

"Amerikalı generallar PYD-li terrorçularla şəkil çəkdirərək, bizə təhdid dolusu mesajlar göndərirlər. Görünür, onlar Osmanlı şilləsi yeməyiblər. Bizi başqaları ilə səhv salmasınlar. Onlara yenidən səslənirəm. Suriyada terrorçulara yaxın durmasınlar. Çünki bütün terrorçular hədəfimizdədir, hamısı öldürüləcək" - Ərdoğan bildirib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, YPG/PYD terrorçularına təlim keçən amerikalı general, "əgər Türkiyə bizi də hədəfə götürsə, sərt cavab alacaq" demişdi.

Türkiyə prezidenti, ABŞ-ın Suriyadakı varlığının İŞİD-lə əlaqəsi olmadığını da deyib.