Qonşuda yanacağın qiyməti ucuzlaşdı


Dünya 13 Fev 2018 22:17:00 290 0

Qonşuda yanacağın qiyməti ucuzlaşdı

Məlumata görə, firmaların müəyyən etdiyi qiymətlərdə, şirkətlər və şəhərlərə görə, kiçik fərq müşahidə edilir.

Dünən axşam saatlarında Türkiyədə yanacağın qiyməti düşüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dünəndən etibarən benzinin qiyməti litrində 11 quruş (0.5 qəpik), dizelin qiyməti isə 17 quruş (0.8 qəpik) düşüb.

Xatırladaq ki, benzinin qiymətində son dəfə fevralın 9-da 16 quruş (0.7 qəpik) endirim, dizelin qiymətində isə yanvarda 8 quruş artım (0.4 qəpik) edilmişdi.