Bakıda pornoqrafiyaya görə həbsdə yatan kişi öz qızını zorlayıb


Digərləri 13 Fev 2018 22:19:00 276 0

Bakıda pornoqrafiyaya görə həbsdə yatan kişi öz qızını zorlayıb

Zorlanmanın qurbanı olan 20 yaşlı qız polisə əvvəllər məhkum olmuş atalığından şikayət edib

Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.

Qeyd edək ki, kişi əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialların qanunsuz yayımı) ilə həbs olunub və 2 il bundan əvvəl həbsdən çıxıb.