Allahın ədalət məhkəməsi ilə yox, rəhməti ilə baxması...


Digərləri 13 Fev 2018 22:10:00 261 0

Allahın ədalət məhkəməsi ilə yox, rəhməti ilə baxması...

Allah Təala Rəhim və Rəhmandır. Əgər belə olmasaydı, tövbə qapısını açıq qoymaz və ilk günahda insanı cəzalandırardı.

Allahın hər bir əmələ görə bir qayda və qanunu vardır. Allah buyurur ki, Mən Öz bəndələrimə ixtiyar vermişəm. Ancaq bu, o demək deyildir ki, insan gedib başqa bir günahsız insanı öldürsün. Ona görə də buyurur ki, qatilin mütləq qisası alınmalıdır. Ancaq bu yolla cəmiyyətdə əmin-amanlığı təmin etmək olar.

"Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın.

Son.az deyerler.org-a istinadən bildirir ki, beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir.

(Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.

Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz". ("Bəqərə" 178-179).

İslam dini - Allahın dinidir. Rəhman və Rəhim olan Allah - Alim və Həkimdir. Bəndələri hidayət edir ki, kamala çatsınlar. Ona görə də Allah zülmü xoş qaşılamır. Hər bir halda buyurur ki, bəndə gərək əfv və güzəşt etməyi bacarsın. "Sizin güzəşt etməyiniz təqvaya daha yaxındır". ("Bəqərə" 237).