Səbail yeni görkəminə qovuşur Rayonda


Digərləri 13 Fev 2018 21:36:00 276 0

Səbail yeni görkəminə qovuşur  Rayonda

Paytaxtda pilot layihələrin icrası davam etdirilir. Artıq Səbail rayonunda bir neçə ünvanda qəzalı vəziyyətdə olan yaşayış evləri sökülüb yerində hündür mərtəbəli binalar tikilir. Bunun üçün sahibkarlar tərəfindən 22 layihə hazırlanaraq təsdiq olunub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın düz mərkəzində qəzalı vəziyyətdə olan evlər sökülərək yerində müasir görünüşlü hündür mərətəbli binalar tikilir.

Səbail rayonunda pilot layihəyə uyğun olaraq sahibkarlar tərəfindən 14 müasir layihə hazırlanaraq təsdiq olunub.Məsələn bura rayonun Tofiq Məmmədov küçəsi 29-35 ünvanıdır. Ərazidə bir neçə sakin 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış evlərində yaşayırdı.İndi isə həmin yaşayış evləridən əsər-əlamət belə yoxdur.Mənzillər sökülərək yerində 18 mərtəbəli bina tikilir.

Bununla yanaşı, Bayıl-20-ci yaşayış sahəsində də yenidənqurmaya ehtiyacı olan binaların sökülərək yerində müasir binaların tikintisi ilə bağlı 8 layihə təsdiq olunub. Artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda, eləcə də Fuad Əbdürrəhmanov və Aqil Əliyev küçələrində tikinti işləri sürətlə aparılır.Bakının mərkəzində olan Rastropoviçlər küçəsi ilə Nizami küçəsinini kəsişməsində də qəzalı evlərin bir hissəsi sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.

Yaşayış binalarının gələn il ərzində istifadəyə verilməsi planlaşdırlır.


Xəbərə aid video