Sabah sevgililər günüdür VİDEO


Digərləri 13 Fev 2018 21:37:00 531 0

Sabah sevgililər günüdür  VİDEO

Cütlüklərin çoxu 14 fevral tarixini sevgililər günü kimi qeyd edir. Artıq bu gündən gül salonlarında, hədiyyə dükanlarında sıxlıq müşahidə olunur. Sırf 14 fevrala görə restoranlar da xüsusi təkliflər hazırlayıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rəngarən güllərdən fərqli formalarda buket yığılıb. Gül dükanları ürəklərlə bəzədilib. Sevməyin günü və tarixi olmasa da bir çoxları 14 fevralı sevgililər günü kimi qeyd edir. Qadınların hədiyyə seçimi bu il də dəyişməz olaraq qalır.

Əvvəllər 101 ədəd gül dəbdəbəli hesab olunsa da indi 500-dən çox bağladanlar da var.

Böyükhəcmli buketlər daha ucuza başa gəlsin deyə qızılgülün yerinə qərənfil seçənlər də var. Belə ki, buta formalı buketdə 50-ə yaxın qızıl gül arnamet olaraq istifadə olunub.

Hədiyyə dükanlarına da təlabat artıb. Sevgililər daha çox kreativ hədiyyələrə üstünlük verir.

Bu arada paytaxtdakı restoranların bəziləri də sevgililər gününə özəl, xüsusi olaraq hazırlıqlar görüblər.


Xəbərə aid video