Qünutda hansı duanı oxumaq lazımdır?


Digərləri 13 Fev 2018 21:15:00 409 1

Qünutda hansı duanı oxumaq lazımdır?

Qünutda hər hansı duanı və zikri oxumaq icazəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, hətta "sübhanallah" zikrini söyləmək və ya salavat demək də kifayət edər. Amma yaxşı olar ki, qünutda bu dua oxunsun:

"La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim. Vəlhəmdu lilahi Rəbbil-aləmin".

Tərcüməsi: "Ən helmli və ən kəramətli Allahdan başqa tanrı yoxdur. Ən uca və ən əzəmətli Allahdan başqa tanrı yoxdur. Yeddi göyün, yeddi yerin, onların içində və arasında olanların Rəbbi və ərşin əzəmətli Rəbbi olan Allah hər nöqsandan uzaqdır. Aləmlərin Rəbbi olan Allaha həmd olsun".