Buz bağlamış dağların heyrətamiz mənzərəsi FOTO


Digərləri 13 Fev 2018 21:16:00 514 1

Buz bağlamış dağların heyrətamiz mənzərəsi  FOTO

Çinin Huanqşan rayonu UNESCO-nun Dünya İrsi siyahısına daxil olunmuş obyektlərdəndir. Bu bölgə Çinin ən populyar turist məkanlarından biri sayılır. Qış mövsümündə Huanqşan Milli parkında heyrətamiz mənzərənin - buz bağlamış dağ və qayaların şahidi olmaq mümkündür.

Buludlara dirənmiş dağ zirvələri

Çinin şərqində, Anhoy vilayətində yerləşən Huanqşan Milli parkı qranit qayaları və dağ zirvələrilə məhşurdur. Bəzi zirvələrin hündürlüyü 1000 metrdən də artıqdır, həmin zirvələrin başını aşağıdan üzən buludlar alır.

Zirvələrin ətrafında isə şəlalər, mağaralar və yerin altından vuran isti su qaynaqları yerləşir.

Qış nağılı

Yay aylarında parkın dağ cığırlarında turist əlindən ayaq basmağa yer olmur. Lakin qışın oğlan çağında, havanın temperaturu sıfırdan aşağı düşəndə burada tamaşaçı nəzərinə açılan gözəlliyi yayda haqlamaq mümkünsüzdür.

Təbiət fenomeni

Qış aylarında dumanlı havadakı rütubət nəmliyi qayaların üzünə çökür və kristallaşaraq buza dönür - nəticədə, qayaları buz köynəyi örtür.

Bu təbiət fenomeni havanın temperaturu (-2C ; -10C) civarında olarkən müşahidə olunur.

Rütubət və duman

Huanqşan 1990-cı ildən bəri UNESCO-nun Dünya İrsi siyahısına daxil olunub. Bu ərazinin rütubətliyi olduqca yüksəkdir. Yayda burada yağan yağış norması 300 mm-dən artıq olur.

Qışda tufanlı havadan sonra əmələ gələn qatı duman şəraiti bir neçə gün ərzində seyrəlmək bilmir.

Məhz belə dövrlərdə qayalar əyin-başını buz zirehinə dəyşir.


Xəbərə aid fotolar