"Cırtdanı kompüter arxasında çəksən, uşaqlar oturub baxacaq" FOTO


Digərləri 13 Fev 2018 21:01:00 368 0

"Cırtdanı kompüter arxasında çəksən, uşaqlar oturub baxacaq"  FOTO

Animasiya rejissoru Elçin Hami Axundovun Son.az-a müsahibəsi.

- Elçin bəy, neçə ildir ki, animasiya filmləri çəkirsiniz?

- Mən 1966-cı ildən bu sənətdəyəm. O zamanlar kinostudiyanın rəhbərliyi öz nəzdində animator kursları açmışdı və mən o kurslara daxil oldum. 2 ildən sonra kinostudiyada animator kimi fəaliyyətə başladım.

- Çəkdiyiniz ilk animasiya filmi hansı olub?

- 1968-cı ildə ilk animasiya filmi olan "Cırtdan"-ı çəkdik. Bu klassik Cırtdan idi. Niyə deyirəm ki, klassik Cırtdan? Çünki daha sonralar bu adda bir neçə animasiya filmi çəkildi. Ümumi götürəndə indiyə qədər 150-dən çox animasiya filmi çəkmişik.

- Bugünkü gündə çəkilən animasiya filmləri uşaqlara necə təsir edir?

- O vaxtlar animasiya filmlərini Azərbaycanda yaratmaq çox böyük iş idi. Kinostudiyanın o vaxtkı direktoru Adil İskəndərov çox yaxşı başa düşürdü ki, bizim uşaqlarımıza tərbiyəvi mövzuları təbliğ edən animasiya filmləri lazımdır. Sovet dövründə müəyyən psixologiya, konseptual tərbiyə yönümü var idi. Çünki o vaxtı uşaqların tərbiyəsinə xüsusi önəm verilirdi. Animasiya filmləri bilavasitə uşaqların tərbiyəsinə təsir edirdi. "Azanfilm" studiyası o vaxtlar ildə 1 film çəkirdi. Bu həddindən artıq az idi. Ona görə də zaman keçdikcə xaricdən böyük bir axın gəldi. Uşaqlar bu animasiya filmlərinə baxmaqla, ilk növbədə, öz dillərini unutdular. Bugünkü gündə də elə naşı studiyalar var ki, öz bildiklərini çəkirlər. Bu da uşağın tərbiyəsinə zidd olan nələrisə ortaya çıxarır. Buna nümunə olaraq Şreki göstərə bilərəm. Şrek mənfi personajdır, o, heç bir uşağa tərbiyə verməyəcək. Amma "Disney" animasiya studiyası bəşər uşaqları üçün çox iş görüb.


Xəbərə aid fotolar