Şəfa tapmış kor – Şəhid Ayətullah Dəstğeybin hekayələrindən


Digərləri 13 Fev 2018 21:10:00 306 1

Şəfa tapmış kor – Şəhid Ayətullah Dəstğeybin hekayələrindən

"Təqvalı alimlərdən olan imam-camaat Hacı Seyyid Muhəmməd Cəfər Sübhani nəql edir: "Kərbəlaya səfər edən zaman atamın gözlərində möhkəm ağrılar başladı və hər iki gözü də kor oldu. Mən çox narahat oldum və əziyyət çəkdim. Çünki daima gərək ona nəzarət edərdim. Əlini tutur və ehtiyaclarını yerinə yetirməyə yardım edirdim.

Son.az deyerler.org-a istinadən bildirir ki, nəhayət müqəddəs hərəmə gəlib çatdıq. Mən bu səfərdən əvvəl yuxu görmüşdüm ki, cənab Həbib inb Müntəzirin qəbrinin yanında edilən dualar həyata keçir. Mən həmin yerdə dua etməyə başladım və dedim ki, atamın gözlərinin şəfasını sizdən istəyirəm.

Gecə yuxuda gördüm ki, dahi insanlardan biri atamın yatağına yaxınlaşdı və mübarək əlini onun gözlərinə çəkib, buyurdu: "Bu gözün əsli xarabdır".

Yuxudan ayılan zaman gördüm ki, atamın gözləri görür və şəfa tapmışdır. Ancaq həmin şəxsin buyurduğu sözlərin mənasını dərk edə bilmirdim. Bu hadisədən beş gün keçmişdi ki, atam dünyasını dəyişdi və mən həmin cümlənin mənasını dərk etdim".