"TalentPort" Parisdə keçiriləcək böyük finalda Azərbaycanı təmsil edəcək (FOTO)


Digərləri 13 Fev 2018 20:12:00 241 0

"TalentPort" Parisdə keçiriləcək böyük finalda Azərbaycanı təmsil edəcək (FOTO)

Fevralın 9-11-də qadınlar arasında keçirilən Global Startup Weekend Bakı tədbirinin qalibi TalentPort layihəsi olub.

Bakı. Fevralın 9-11-də qadınlar arasında keçirilən Global Startup Weekend Bakı tədbirinin qalibi TalentPort layihəsi olub. Trend-in məlumatına görə, Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda 7 mart Parisdə keçiriləcək böyük finalda Azərbaycanı təmsil edəcək. “Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda toplam 50-dən çox müraciət qəbul olunub və 11 komanda Bakı finalında iştirak ediblər. Tədbirin açılışında iştirak edən Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez öz çıxışında iştirakçılara ürək sözlərini ünvanlayıb və qalibin Paris səfərinin faydalı keçməsini arzu edib. Startup Weekend tədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startup, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır. Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın qalibləri aşağıdakı komandalar olub: