Bakıda “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olacaq


Digərləri 13 Fev 2018 19:39:05 225 0

Bakıda “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olacaq

Fevralın 14-də saat 19:00-da Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olacaq.

Bakı. Fevralın 14-də saat 19:00-da Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olacaq. Sərgi Çinin Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunur. Tədbirdə Çin səfiri Vey Cinq Xua başda olmaqla, səfirliyin əməkdaşları da iştirak edəcəklər. Azərbaycan Xalça Muzeyinin yeni “Xalçalar və əfsanələr” layihəsi “Çin təqvimi üzrə Yeni il” sərgisindən start götürür. Çin təqviminə əsasən, 2018-ci ilin fevralında İt ili qədəm qoyur. Buna görə də, sözügedən layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları birləşdirir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir ki çıxarılır. İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. Xüsusilə, qədim Çin incəsənətində bu, səma qoruyucuları sayılan mifoloji şirə bənzər Fu itlərinin xalçalarda, rəngkarlıqda təsvirlərindən və Huayan ənənəvi sənəti – müasir saxsı itlərin hazırlanmasına qədər obrazların geniş spektrini əhatə edir.