Avropa Liqasının oyunu sükutla başlayacaq


İdman 13 Fev 2018 19:20:00 282 0

Avropa Liqasının oyunu sükutla başlayacaq

Avropa Liqasının 1/16 final mərhələsinin “Crvena Zvezda” (Serbiya) - CSKA (Rusiya) oyunu bir dəqiqəlik sükutla başlayacaq. Goal.az xəbər verir ki, bu barədə Moskva klubu rəsmi “tvitter” səhifəsində məlumat yayıb. Rusiyada baş vermiş təyyarə qəzasında həyatını itirmiş şəxslər Belqradda keçiriləcək matçdan öncə bir dəqiqəlik sükutla yad olunacaq. Fevralın 11-də Moskvadan Orska yollanan AN-148 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər dünyasını dəyişib. “Crvena Zvezda” - CSKA oyunu bu gün saat 21:00-da start götürəcək.