Bir sıra sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması üçün vəsait ayrılıb


Siyasət 13 Fev 2018 19:04:00 50 0

Bir sıra sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması üçün vəsait ayrılıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilmişdir. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılmışdır.

Sərəncamda qeyd edilir ki, bir sıra sosial təyinatlı obyektlərdə (siyahı əlavə olunur) tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 15 297 900 (on beş milyon iki yüz doxsan yeddi min doqquz yüz) manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Son.az 

Rusiyada 200-dən çox məktəb bağlandı - Qrip virusu like
  • 13 Fev 18:58  
Digərləri Rusiyada 200-dən çox məktəb bağlandı - Qrip virusu

Rusiyanın Saratov şəhərində qrip virusunun yayılması ilə əlaqədar mək

arrow Ətraflı
Qattuzo A seriyasının ən az qazanan məşqçisidir like
  • 13 Fev 18:52  
İdman Qattuzo A seriyasının ən az qazanan məşqçisidir

"Milan"ın baş məşqçisi Cennaro Qattuzonun məvacibi 120 min avro tə

arrow Ətraflı
“Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO) like
  • 13 Fev 18:46  
Digərləri “Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO)

“Hamı üçün İKT” layihəsinin iştirakçılarına sertifikatlar verilib

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində "Ezop" qəhrəmanlıq komediyası nümayiş olundu like
  • 13 Fev 18:46  
Kriminal Beynəlxalq Muğam Mərkəzində "Ezop" qəhrəmanlıq komediyası nümayiş olundu

Fevralın 12- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəni

arrow Ətraflı
Biləsuvarda çoban bıçaqlandı like
  • 13 Fev 18:45  
Digərləri Biləsuvarda çoban bıçaqlandı

Biləsuvar rayonunda çoban bıçaqlanıb. 

arrow Ətraflı
TalentPort Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək like
  • 13 Fev 18:42  
Digərləri TalentPort Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək

9-11 fevral qadınlar arasında keçirilən Global Startup Weekend Bakı tədbir

arrow Ətraflı