Azərbaycan Prezidenti: Tikinti sahəsinə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər


Digərləri 13 Fev 2018 18:59:00 244 0

Azərbaycan Prezidenti: Tikinti sahəsinə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər

Prezident İlham Əliyev Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğulayıb.

Bakı. Tikinti sahəsinə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.