Prezident İlham Əliyev: Bilik, texnologiya, yaxşı idarəetmə və insan kapitalına əsaslanan güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatlar bundan sonra da davam etdiriləcək


Siyasət 13 Fev 2018 18:47:00 52 0

Prezident İlham Əliyev: Bilik, texnologiya, yaxşı idarəetmə və insan kapitalına əsaslanan güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatlar bundan sonra da davam etdiriləcək

Bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatlar bundan sonra da davam etdiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident İlham Əliyev ölkəmizin bu islahatları bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə etdi.

Dövlət başçısı bildirdi ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. "Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir", - deyən Prezident İlham Əliyev bildirdi ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir və biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.

Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlətimizin başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirdi. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən Prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirdi. Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır. İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlətimizin başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirdi.

Prezident İlham Əliyev dedi ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.

“Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO) like
  • 13 Fev 18:46  
Digərləri “Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO)

“Hamı üçün İKT” layihəsinin iştirakçılarına sertifikatlar verilib

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində "Ezop" qəhrəmanlıq komediyası nümayiş olundu like
  • 13 Fev 18:46  
Kriminal Beynəlxalq Muğam Mərkəzində "Ezop" qəhrəmanlıq komediyası nümayiş olundu

Fevralın 12- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəni

arrow Ətraflı
Biləsuvarda çoban bıçaqlandı like
  • 13 Fev 18:45  
Digərləri Biləsuvarda çoban bıçaqlandı

Biləsuvar rayonunda çoban bıçaqlanıb. 

arrow Ətraflı
TalentPort Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək like
  • 13 Fev 18:42  
Digərləri TalentPort Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək

9-11 fevral qadınlar arasında keçirilən Global Startup Weekend Bakı tədbir

arrow Ətraflı
Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir (FOTO) like
  • 13 Fev 18:37  
Digərləri Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir (FOTO)

Energetika naziri Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə

arrow Ətraflı
Özəl kredit bürosu Azərbaycana nə verəcək? like
  • 13 Fev 18:31  
Digərləri Özəl kredit bürosu Azərbaycana nə verəcək?

Özəl kredit bürosunun təsis olunması kreditin əlçatanlılığını yaxş

arrow Ətraflı
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək like
  • 13 Fev 18:30  
İdman Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

20-23 fevral 2018-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və y

arrow Ətraflı