“Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO)


Digərləri 13 Fev 2018 18:46:00 296 0

“Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO)

“Hamı üçün İKT” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Bilik Fondunun birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihəsi əsasında ofis proqramlarından peşəkar istifadə üzrə ödənişsiz təlimlərə yekun vurulub. Fonddan Trend-ə verilən məlumata görə, təlimləri başa vurmuş dinləyicilərə informasiya texnologiyaları üzrə mənimsədikləri biliklərin səviyyəsinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bilik Fondunun sertifikatları təqdim edilib. İlk mərhələsi başa çatmış layihə əhalinin aztəminatlı təbəqəsi – qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.