Prezident İlham Əliyev: Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz2” ilə məhdudlaşmır


Siyasət 13 Fev 2018 18:38:00 116 0

Prezident İlham Əliyev: Azərbaycanın enerji layihələri təkcə “Şahdəniz2” ilə məhdudlaşmır

Azərbaycanın enerji layihələri təkcə "Şahdəniz-2" ilə məhdudlaşmır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident İlham Əliyev "Uniper Global Commodities" şirkətinin ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək bu şirkətin gələcəkdə də uğurlu əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan "Cənub Qaz Dəhlizi" layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq. "Azərbaycanın enerji layihələri təkcə "Şahdəniz-2" ilə məhdudlaşmır", - deyən Prezident İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırdı. Bununla da Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə daha da artacağını vurğuladı.

"Azəri-Çıraq-Günəşli" yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa Komissiyası tərəfindən güclü şəkildə dəstəklənməsinin önəmini qeyd edən Prezident İlham Əliyev "Uniper Global Commodities" şirkətinə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir (FOTO) like
  • 13 Fev 18:37  
Digərləri Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir (FOTO)

Energetika naziri Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə

arrow Ətraflı
Özəl kredit bürosu Azərbaycana nə verəcək? like
  • 13 Fev 18:31  
Digərləri Özəl kredit bürosu Azərbaycana nə verəcək?

Özəl kredit bürosunun təsis olunması kreditin əlçatanlılığını yaxş

arrow Ətraflı
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək like
  • 13 Fev 18:30  
İdman Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

20-23 fevral 2018-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və y

arrow Ətraflı
Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş xatirə tədbiri olacaq like
  • 13 Fev 18:18  
Digərləri Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş xatirə tədbiri olacaq

Unudulmaz bəstəkarın yubileyi təntənəli şəkildə qeyd ediləcək.

arrow Ətraflı
"Aktrisaların çoxunun rejissor dostu, sevgilisi olduğu üçün..."  VİDEO  FOTO like
  • 13 Fev 18:12  
Şou-biznes "Aktrisaların çoxunun rejissor dostu, sevgilisi olduğu üçün..." VİDEO FOTO

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verilişinin növbət

arrow Ətraflı
Amerikalı alimlər: Dünyanı su basacaq like
  • 13 Fev 18:05  
Sosial Amerikalı alimlər: Dünyanı su basacaq

2100-cü ilə qədər dünya okeanında suyun səviyyəsi əsrin əvvəlləri il

arrow Ətraflı
"Tottenham"in məşqçisi İtaliyanın fəxri vətəndaşı oldu like
  • 13 Fev 18:04  
İdman "Tottenham"in məşqçisi İtaliyanın fəxri vətəndaşı oldu

"Tottenham"in baş məşqçisi Maurisio Poçettino İtaliyanın Virl

arrow Ətraflı