Gəncədə orta məktəb şagirdini qətlə yetirən şəxs saxlanılıb


Sosial 13 Fev 2018 18:26:02 289 0

Gəncədə orta məktəb şagirdini qətlə yetirən şəxs saxlanılıb

Hadisənin hansı səbəbdən törədildiyi araşdırılır

Gəncə şəhərində 11-ci sinif şagirdini qətlə yetirən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin "Dubay bazarı" ərazisinə yaxın ərazidə ürək nahiyəsindən bir bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilən və sonra orada ölən Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırovu qətlə yetirən Tural adlı şəxs saxlanılıb. 

Hadisənin hansı səbəbdən törədildiyi araşdırılır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.