Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş xatirə tədbiri olacaq


Digərləri 13 Fev 2018 18:18:00 234 0

Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş xatirə tədbiri olacaq

Unudulmaz bəstəkarın yubileyi təntənəli şəkildə qeyd ediləcək.

Son.az xəbər verir ki, fevralın 15-də saat 16.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə tədbiri olacaqdır.

Azərbaycan Bəstəkarlar İttifaqından Son.az-a bildiriblər ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məruzələr dinləniləcək, Azərbaycan Dövlət Triosu, Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı və solistlərin iştirakı ilə vokal və kamera-instrumental əsərləri səsləndiriləcəkdir.