“Azərbaycanda vərəm xəstəliyinə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb"


Digərləri 13 Fev 2018 17:54:00 268 0

“Azərbaycanda vərəm xəstəliyinə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb"

"Azərbaycanda vərəm xəstəliyinə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb, xüsusi dövlət proqramları qəbul olunub. Ölkəmizdə 80-ə yaxın ixtisaslaşmış vərəm mərkəzləri və müxtəlif xəstəxanalar fəaliyyət göstərir".

Son.az report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva Avronest PA-nın Sosial komitəsinin Tbilisidə keçirilən iclasındakı çıxışı zamanı bildirib.

S.Vəliyeva Azərbaycanda xəstəliyə qarşı mübarizə sahəsində görülmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib: "İndi vərəmə qarşı mübarizə metodları yeni qaydada həyata keçirilir, dərman preparatları xəstələrə pulsuz paylanılır. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Milli Vərəm Proqramı" xəstəliyə qarşı mübarizəyə ayrılan xüsusi diqqətin ifadəsidir".